Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunlarına start veriləcək.
Korner.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimiz “Qarabağ” "ev"də və “Qəbələ” isə səfərdə meydana çıxacaq.
"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Belçikanın “Anderlext” klubunu qəbul edəcək. "Qəbələ" isə Rusiyanın Krasnodar şəhərində eyniadlı komandanın qonağı olacaq.
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu
J qrupu
22:00. “Qarabağ” (Azərbaycan) – “Anderlext” (Belçika) 1:0
Qol: Almeyda 36.
Baş hakim: Oliver Draxta (Avstriya) Bakı. T.Bəhramov adına Respublika stadionu
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) 2:1
Qol: Venderson 45, Dodo 51, Smolov 84
Baş hakim: Marçin Borski (Bosniya və Herseqovina)
Krasnodar. “Kuban” stadionu
