Futbol

“Qəbələ” “Qarabağ”ı təbrik etdi

05.11.2021 , 19:38

“Qəbələ” Konfrans Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Kayrat”a qalib gələrək (2:1) pley-offa vəsiqəni təmin edən “Qarabağ”ı təbrik edib.

Korner.az xəbər verir ki, “qırmızı-qaralar”ın rəsmi Feysbuk səhifəsində paylaşılan təbrikdə deyilir:

“Qəbələ” “Qarabağ”ı Azərbaycan tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsini adlaması münasibətilə təbrik edir, növbəti oyunlarında uğurlar arzulayır!

“Qarabağ” 4 turdan sonra 10 xalla H qrupunda sona 2 tur qalmış turnir cədvəlinə başçılıq edir.

Son yazılar

Yuxarı