“Qarabağ”dan qələbə, “Neftçi” xal itirdi
25.04.2021 , 22:12

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, turun qarşılaşmaları eyni gündə baş tutub.
Turun açılış oyununda “Qəbələ” Qarabağ”la üz-üzə gəlib. Bu görüşdə Ağdam təmsilçisi 5:0 hesablı qələbə qazanıb. Günün digər oyunlarnda isə “Keşlə” “Səbail”ə 1:0 qalib gəlib, Neftçi” “Sabah”la 2:2 hesablı heç-heçə edib.
Turun son oyunu “Zirə” ilə “Sumqayıt” arasında baş tutub. Oyun 0:0 hesablı heç-heçə ilə bitib.
Azərbaycan Premyer Liqası
XXIV tur
25 aprel
“Qəbələ” – “Qarabağ” – 0:5
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Kamal Umudlu.
Qəbələ şəhər stadionu, 17:00.
“Keşlə” – “Səbail” – 1:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov.
Bakı. “ASK Arena”, 18:00.
“Sabah” – “Neftçi” – 2:2
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Vüqar Bayramov, Kamranbəy Rəhimov.
Masazır. “Bank Respublika Arena”, 19:15.
“Zirə” – “Sumqayıt” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Nahid Əliyev, Fərid Hacıyev.
Zirə İdman Kompleksinin stadionu, 20:00.
