Premyer Liqamızda yaranan fasilədən istifadə edən “Qəbələ” klubu bu gün yoxlama oyununda “Sumqayıt”la qarşılaşıb
Korner.az-ın məlumatına əsasən Sumqayıt şəhər stadionunda keçirilən oyun “Qəbələ”nin qələbəsi ilə başa çatıb. Fasilədən sonra iki qol vuran Qəbələ təmsilçisi oyundan qalib ayrılıb – 2:1.
Qeyd edək ki, 11 turdan sonra aktivində 18 xal olan “Qəbələ “ turnir cədvəlinin 4-cü, 13 xalı olan “Sumqayıt” isə 7-ci pilləsində qərarlaşıb.
