“Qəbələ” Avroliqada mübarizəni dayandırdı
19.07.2018 , 23:26

Bu gün Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Təmsilçilərimizdən “Qəbələ” də mərhələnin cavab oyununa çıxacaq.
Sənan Qurbanovun komandası Lüksemburqda “Proqres”in qonağı olacaq. Qəbələdə keçirilən ilk görüşdə 0:2 hesabı ilə uduzan “qırmızı-qaralar” bu məğlubiyyətin əvəzini çıxmağa və mərhələni adlamağa çalışacaq.
19 iyul
Avropa Liqası
1-ci təsnifat mərəhləsinin cavab oyunu
21:30. “Proqres” (Lüksemburq) – “Qəbələ” (Azərbaycan) 0:1
İlk oyun – 2:0
Baş hakim: Keyt Kennedi (Şimali İrlandiya)
Differdanj. Şəhər Munisipal stadionu
