“Qəbələ” Polşa klubu ilə qarşılaşacaq
27.06.2018 , 14:39

Avropa Liqasında çıxış edəcək “Qəbələ” Sloveniyada təlim-məşq toplanışını davam etdirir.
“Qırmızı-qaralar” hazırlıq prosesində Polşanın “Krakoviya” klubu ilə qarşılaşacaq. Sözügedən oyun iyulun 4-də baş tutacaq.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama matçında Albaniyanın “Kukesi” klubu ilə 1:1 hesablı heç-heçə edib.
