Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” klubu Peşəkar Futbol Liqasına müraciət edərək, Premyer Liqanın qarşıdakı iki görüşünün vaxtının dəyişdirilməsini xahiş edib.
Korner.az-ın PFL-in saytına istinadən məlumatına görə, komandanın Avropa Liqasındakı çıxışını nəzərə alan PFL “Qəbələ”nin VI və VII turlardakı görüşlərinin vaxtını dəyişib.
Topaz Premyer Liqasının VI turunun “Rəvan” – “Qəbələ” matçı 27 sentyabr 2015-ci il tarixindən 25 sentyabr 2015-ci il tarixinə keçirilib.
VII turun “Qəbələ” – “Xəzər Lənkəran” matçı isə 03 oktyabr 2015-ci il tarixindən 04 oktyabr 2015-ci il tarixinə dəyişdirilib.
