Yanvarın
28-i səhər saatlarında Türkiyədən vətənə dönən “Qəbələ” bir günlük
istirahətin ardından bu gün təlim-məşq prosesini bərpa edib.
Korner.az-ın məlumatına görə, həftə sonu –
yanvarın 1-də səfərdə “Sumqayıt”la qarşılaşacaq
“qırmızı-qaralar” matçın hazırlıqlarını paytaxtda keçirir.
“Bakı” Futbol Klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə
komanda tam heyətlə qatılıb. Zədəsi sağalan Lorenzo Ebesilio artıq komanda ilə
məşqlərə başlayıb. Bərpa prosesi keçən Daniel Subotiç və Rail Məlikov
komandadan ayrı çalışıb.
