“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət komandası Braziliyaya yollanır.
Korner.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Cənubi Amerika ölkəsində təşkil olunacaq turnirə qatılacaq.
Turnir dekabrın 15-də başlayacaq və 21-də başa çatacaq. Yarışda “Qəbələ” ilə yanaşı, Braziliyanın “Palmeyras” və “Flamenqo” kimi klubları da işitirak edəcək.
