Bu gün Topaz Premyer Liqasında XVI tura start veriləcək.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk oyununda AZAL “Qarabağ”ı qəbul edəcək. Bu matçı autsayderlə liderin qarşıdurması da adlandırmaq olar.
Günün ikinci, daha çox maraq doğuran oyunu isə Qəbələdə baş tutacaq. “Qəbələ” “Neftçi” ilə üz-üzə gələcək. Hər iki tərəfin meydana 3 xal üçün çıxacağı şübhəsizdir.
Topaz Premyer Liqası
XVI tur
3 fevral
15:00 AZAL – “Qarabağ” 1-2
Rəşad Abdullayev 7 // Maksim Medvedev 60, Coşqun Diniyev 63
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Asim Xudiyev
“AZAL Arena”
17:00 “Qəbələ” – “Neftçi” 1-0
Daniel Subotiç 77
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu
4 fevral
14:00 “Zirə" – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Mübariz Haşımov, Coşqun Həsənov, Akif Əmirəli
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Füzuli Nəcəfov
Zirə İdman Kompleksinin stadionu
16:30 “Sumqayıt” – “İnter”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Vüqar Bayramov, Cəmil Quliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”
