Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin oyunları keçiriləcək.
Korner.az-ın məlumatına görə, bu turnirdəki təmsilçimiz "Qəbələ" "Çukariçki" ilə qarşılaşacaq.
Serbiyada rəqibinə bir cavabsız qolla məğlub olan "qırmızı-qaralar" "Bakcell Arena"da qol buraxmadan minimum iki top vuraraq tur adlamağa çalışacaq.
Tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən komandamız növbəti mərhələyə yüksəlməklə tarix yaza bilər.
Gürcüstan “Dinamo”su ilə oyunda məlum olaylar səbəbindən Qəbələ şəhər stadionu UEFA tərəfindən cəzalanıdırıldığı üçün bugünkü görüş Bakıda 8-ci klometr qəsəbə stadionunda keçiriləcək.
23 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
21:00. "Qəbələ" (Azərbaycan) – "Çukariçki" (Serbiya) – 2:0
Qol: Zenyov 39, 52
Baş hakim: Radek Prjixoda (Çexiya)
Bakı. 8-ci klometr qəsəbə stadionu
İlk oyun – 0:1
