UEFA Avropa Liqasında II təsnifat mərhələsinin cavab oyunları davam edir.
Korner.az-ın məlumatına görə, turnirdəki digər təmsilçimiz "Qəbələ" klubu bu gün növbəti matçını keçirəcək.
Qriqorçukun rəhbərlik etdiyi komandamız öz meydanında Macarıstanın MTK klubu ilə qarşılaşacaq. Səfərdə qalib gələn "qırımızı-qaralar"ın bu oyunda da qələbəyə oynayacağı gözlənilir.
Qeyd edək ki, bu cütün qalibi III təsnifat mərhələsində Fransanın "Lill" klubu ilə qarşılaşacaq.
21 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunu
20:00. "Qəbələ" (Azərbaycan) – MTK (Macarıstan) – 2:0
Qol: Zenyov 7, Uiks 37
İlk oyun – 2:1
Baş hakim: Mete Kalkavan
Köməkçi hakimlər:Ceyhun Sesigözəl və Esat Sancaktar
Dördüncü referi: Serkan Çinar (hamısı Türkiyə)
Bakı. 8-ci km qəsəbə stadionu.
