2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” toplanışın 22-ci gününü 1 məşqlə yekunlaşdırıb.
Korner.az-ın məlumatına görə, Roman Qriqorçukun rəhbərliyi altında baş tutan səhər məşqində komanda əsasən toplu çalışmalara yerinə yetirib.
“Qəbələ” bu gün təlim-məşq toplanışı çərçivəsində 7-ci yoxlama oyununu keçirəcək. Bu matçda “qırmızı-qaralar” Türkmənistan çempionatının yüksək liqasında mübarizə aparan “Altın Asır”la qarşılaşacaq.
