“Neftçi” və “Zirə”dən qələbə
22.11.2020 , 18:00

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” bu görüşdə qalib gəlib – 4:1.
Günün digər qarşılaşmasında isə “Keşlə” “Zirə”nin qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:1.
22 noyabr (bazar)
14:00. “Qəbələ” – “Neftçi” – 1:4
Qollar: Yusif Nəbiyev, 60 – Anton Krivotsyuk, 38, 51, Namiq Ələsgərov, 57, Prins İbara, 90+3
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Qəbələ şəhər stadionu
16:00. “Zirə” – “Keşlə” – 3:1
Qollar: Dimitrios Çantakias, 33, Ağabala Ramazanov, 60, Klesio Bauk, 90+4 – Klesio Bauk, 74 (öz qapısına)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu22 noyabr (bazar)
