“Qəbələ”, “Neftçi” və “Keşlə”nin rəqibləri bəlli oldu
20.06.2018 , 15:05

Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Püşk nəticəsində Azərbaycanı bu turnirdə təmsil edəcək 3 klubun – “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də rəqibləri bəlli olub.
“Keşlə” – “Baltsan” (Malta)
“Neftçi” – “Uypeşt” (Macarıstan)
“Qəbələ” – “Proqres” (Lüksemburq)
Ümumilikdə 47 cütün formalaşdığı 1-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.
