Topaz Premyer Liqasının 6-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.
Final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib. Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.
Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.
