Azərbaycan Premyer Liqasının 22-ci turunda keçiriləcək dörd oyundan yalnız biri televiziya vasitəsi ilə canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, bazar günü keçiriləcək “Qəbələ” – “Neftçi” matçı “İdman Azərbaycan” telekanalında birbaşa nümayiş olunacaq.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, bu görüşlə eyni saatda start götürəcək “Qarabağ” – “Simurq” oyununu azarkeşlər Ağdam klubunun rəsmi saytı vasitəsi ilə izləyə bilərlər.
