“Qəbələ” – “Neftçi”: 56-cı duel
09.04.2021 , 17:57

Sabah Azərbaycan Premyer Liqasında 22-ci tura start veriləcək.
Korner.az xəbər verir ki, turun ilk günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə görüşəcək. “Qırmızı-qaralar” mövsümün 4-cü dövrəsinə ev matçı ilə start verəcək. Qəbələ şəhər stadionundakı oyun iki komanda arasında 56-cı duel olacaq. İndiyədək komandalar 55 dəfə üz-üzə gəlib. Aktivində 17 qələbə olan “Qəbələ” 13 heç-heçə edib və 25 matçda uduzub. Rəqib qapısından 67 top keçirən “qırmızı-qaralar” 79 qol buraxıb.
“Qəbələ” “Neftçi” ilə 28-ci dəfə öz meydanında qarşılaşacaq. İndiyədək keçirilən 27 matçda komanda 8 dəfə qalib gəlib, 5 heç-heçə edib və 14 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 35, qonaqlar 40 qol vurub.
Xatırladaq ki, aprelin 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç 16:00-da başlayacaq.
