“Qəbələ” mübarizəni dayandırdı
04.10.2022 , 21:56

“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxıb.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə Xorvatiyanın “Hayduk” klubu ilə qarşılaşıb.
İlk oyunda rəqibinə 0:3 hesabıyla uduzan Azərbaycan təmsilçisi cavab matçında da məğlub olaraq (1:2), turnirdə mübarizəni dayandırıb.
