UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qəbələ” – MTK (Macarıstan) oyununun biletləri satışa çıxarılıb.
Korner.az-ın məlumatına görə, biletləri bu gündən etibarən “Bakcell Arena”nın (8-ci km stadionu) kassalarından almaq olar.
Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır. Qeyd edək ki, iyulun 21-də “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – MTK matçı saat 21:00-da başlayacaq.
