“Qəbələ” MOİK-ə qalib gəldi
09.08.2019 , 19:31

“Qəbələ” növbəti yoxlama oyununu keçirib.
Korner.az-ın məlumatına görə, Bakıda hazırlıq keçən “qırmızı-qaralar” I divizion təmsilçisi MOİK-lə qarşılaşıb və 6:0 hesabı ilə qalib gəlib. Qarşılaşma Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına təlim-məşq bazasında olub. Sənan Qurbanov zədəli futbolçular Davit Volkov, İvitsa Juniç, Ülvi İsgəndərov, Kristian Kouakou və Yusif Nəbiyev istisna olmaqla bütün oyunçulara bu matçda şans verib.
9 avqust
Yoxlama oyunu
“Qəbələ” – MOİK – 6:0
Qollar: Klesio Bauk, 12, 55, 58, Fernan Lopez, 30, Merab Qiqauri, 48, Asif Məmmədov, 88
