“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində “Maribor”la Bakıda keçirəcəyi oyunun yeri dəyişdirilib.
Korner.az-ın məlumatına görə, klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, oyun əvvələcədən nəzərdə tutulduğu kimi 8-ci kilometr qəsəbə stadionunda keçirilməyəcək. Stadionun ot örtüyünün yarasız vəziyyətdə olduğu üçün “Qəbələ” klubu orada oynamaqdan imtina edib.
Qarşılaşma böyük ehtimalla “Dalğa Arena”da keçiriləcək.
Qeyd edək ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” oyunu saat 21:00-da başlayacaq.
