“Qəbələ” macarlara uduzdu
14.01.2020 , 18:56

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk oyununu keçirib.
Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar” Macarıstanın 2-ci liqa təmsilçisi MTK ilə qarşılaşıb və 3:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qəbələ” Antalya toplanışı çərçivəsində daha üç yoxlama oyununda qüvvəsini sınayacaq.
Yoxlama görüşü
14 yanvar
17:00. “Qəbələ” – MTK (Macarıstan) – 0:3
