“Qəbələ” Macarıstan klubu ilə qarşılaşacaq
22.12.2018 , 10:55

Yanvarın 12-dən 26-na kimi Antalyada təlim-məşq toplanışında olacaq “Qəbələ”nin yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
“Qırmızı-qaralar” bu ölkənin “MTK Budapeşt” klubu ilə qarşılaşacaq. Paytaxt təmsilçisi ilə matç yanvarın 26-da keçiriləcək. Bu, “Qəbələ”nin Türkiyədə sonuncu yoxlama görüşü olacaq.
Qeyd edək ki, “Qəbələ”nin Antalyada yanvarın 16-sı, 20-si və 24-ü keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri isə hələlik dəqiqləşməyib.
