Topaz Premyer Liqasının V turu çərçivəsində evdə “Xəzər Lənkəran”ı 2-0 hesabı ilə məğlub edən “Qəbələ” 5 günlük isturahətə buraxılıb. Bu gün isə təlim-məşq prosesini bərpa edəcəklər.
Korner.az-ın məlumatına görə, rusiyalı baş məşqçi Yuri Syominin rəhbərliyi altında bir araya gələcək komanda hazırlıqlarını Qəbələdə keçirəcəklər.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqanın növbəti – VI turunda səfərdə paytaxt təmsilçisi AZAL-la münasibətlərə aydınlıq gətirəcək. Oyun sentyabrın 15-də baş tutacaq.
