Sloveniyada hazırlıqlarını davam etdirən “Qəbələ” təlim-məşq prosesinin 8-ci gününü bir məşqlə tamamlayıb. Korner.az– ın klubun rəsmi saytına istinadən məlumatına görə, günün ilk yarısında baş tutan məşqdə həm fiziki, həm də toplu məşqlərə yer verilib.
Bundan əlavə, futbolçular baş məşqçinin xüsusi tapşırıqları üzərində çalışıblar. Hazırlığa futbolçuların və məşqçilərin iştirakı ilə keçilən tennis-ball oyunu ilə yekun vurulub.
Məşqdə zədəsi olan Bruno da Silva və Rəşid Əmiraslanov iştirak etməyiblər.
