“Qəbələ”nin U-16 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib.
Korner.az-ın məlumatına görə, aprelin 20-25-də keçiriləcək yarışın ilk günü geridə qalıb.
“Qəbələ” A qrupunda İtaliya “İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qəbələ”nin qolunu Məhəmməd Məhərrəmov vurub.
