“Qəbələ” legioner futbolçular transfer edir
11.06.2019 , 15:33

Ölkəmizi Avropa Liqasında təmsil edəcək “Qəbələ” iyunun 15-dən etibarən təlim-məşq toplanışına start verir.
Korner.az-ın məlumatına görə, bir neçə aparıcı üzvünü satan “qırmızı-qaralar” 3 legioner futbolçu heyətinə qatacaq.
Büdcəsi azaldılan əyalət klubu hazırda bir neçə futbolçu ilə danışıqlar aparır və yaxın zamanda bu futbolçuları “Qəbələ”də görə bilərik.
