Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” klubu bu gün növbəti yoxlama matçını keçirəcək.
Korner.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası Antalyada Rusiyanın “Kuban” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, “Qəbələ” bundan öncəki yoxlama oyunlarında PSV-nin (Hollandiya) ikinci komandası ilə qolsuz heç-heçə edib, Türkiyə “Əskişəhərspor”una 1:3 hesabı ilə uduzub, “Vorskla”nı (Ukrayna) 2:1, “Adanaspor”u (Türkiyə) 3:2 hesabı ilə məğlub edib.
