Azərbaycan futbolunun Avropada təbliğinə xüsusi diqqət yetirən “Qəbələ” klubu bu istiqamətdə daha bir layihəni tamamlayıb.
Korner.az-ın məlumatına görə, belə ki, İngiltərəli rejissor və yazar Tom Vatt və quruluşçu operator Simon Bissetin “Qəbələ” klubu haqda çəkdikləri qısametrajlı film – "Səyahət" filmi işıq üzü görüb. Xatırladaq ki, filmlə bağlı Azərbaycana səfər edən Vatt Bakıda və Qəbələdə çəkilişlər aparmışdı. Filmin çəkilişlərində klub prezidentinin müşaviri Toni Adams da iştirak etmişdi. Həmin filmi sizlərə təqdim edirik.
