"Qəbələ"nin 15 yaşınadək futbolçularının Ukraynada Ukrayna Prezident Kubokunda çıxışı barəsində xəbər vermişdik.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təmsilçimizində yer aldığı B qrupunda bu gün son turun oyunları keçirilib. "Qəbələ" Kiyev "Dinamo"su ilə qarşılaşıb və Fərid Nəbiylə Əli Sadıqovun vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra "qırmızı qaralar" öz qrupunu 1-ci bitirib və yarımfinala vəsiqə qazanıb. Təmsilçimiz A qrupunun ikincisi ilə qarşılaşacaq.
