“Keşlə”dən qələbə, “Zirə” “Sabah”la heç-heçə etdi
31.08.2019 , 22:30

Bu gün Premyer Liqamızda 3-cü tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.
Turun ilk görüşündə “Qəbələ” doğma meydanında “Keşlə”ni qəbul edib və oyunda böyük hesabla rəqibinə məğlub olub – 0:4
Günün digər oyununda isə “Zirə” və “Sabah” üz-üzə gəlib və heç-heçə ilə yekunlaşıb -1:1
Azərbaycan Premyer Liqası
III tur
31 avqust
“Qəbələ” – “Keşlə” – 0:4
Qol: S.Alxasov, 10, Tural Bayramlı, 39, Lorenzo Frutos, 45+1; 90+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov və Cəmil Quliyev, Nicat İsmayıllı.
Qəbələ şəhər stadionu, 18:30.
“Zirə” – “Sabah” – 1:1
Qol: Diallo, 35, Soni Norde, 88
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 20:30.
