“Qəbələ” və “Sumqayıt”dan qələbə
21.08.2021 , 22:11

Bu gün Azərbaycan Premyer Liqasında 2-ci tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə “Qəbələ” “Keşlə”ni qəbul edib. Bu görüşdə 2:1 hesabı ilə qalib gəlib.
Günün son qarşılaşmasında “Sabah” “Sumqayıt”ın qonağı olub. Matç “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə yrkunlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
21 avqust (şənbə)
18:00. “Qəbələ” – “Keşlə” – 2:1
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov
Qəbələ şəhər stadionu
20:00. “Sumqayıt” –“Sabah” – 2:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
22 avqust (bazar)
18:30. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
20:30. “Qarabağ” – “Səbail”
“Azersun Arena”
