“Keşlə” və “Qarabağ”dan qələbə
02.02.2020 , 19:28

Bu gün Azərbaycan Premyer Liqasında 15-ci tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
“Qəbələ” doğma meydanda “Keşlə”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb – 2:1.
“Qarabağ” isə səfərdə “Səbail”in qonağı olub. Ağdam təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb – 1:0.
Xatırladaq ki, ilk oyun günündə “Zirə” “Sabah”a 2:0 qalib gəlib, “Neftçi” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib -1:1.
Azərbaycan Premyer Liqası
XV tur
2 fevral
“Qəbələ” – “Keşlə” – 1:2
Qol: M.Boyoviç, 35, S.M.Kolli, 40, Zuniç, 60
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Qəbələ şəhər stadionu, 15:00.
“Səbail” – “Qarabağ” – 0:1
Qol: Mahir Emreli
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Fərid Hacıyev.
“ASCO Arena”, 17:30.
