Premyer Liqa

Qəbələdə bərabərlik, “Sumqayıt” qalib gəldi

30.09.2018 , 22:00

Bu gün Topaz Premyer Liqasında 6-cı tura yekun vurulacaq. Son oyun günündə iki qarşılaşma keçiriləcək.

Əvvəlcə “Qəbələ” və “Keşlə” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Hər iki komanda bu mövsüm qeyri-sabit çıxışı ilə seçilir. Cəmi 1 qələbə və 1 heç-heçəsi olan “qırmızı-qaralar” 4 xalla 6-cı, paytaxt təmsilçisi isə 1 xalla 7-ci pillədə qərarlaşıb. Sonuncu dəfə bu klublar mayın 28-də Azərbaycan Kubokunun final matçında üz-üzə gəliblər. Həmin vaxt “Keşlə” 1:0 hesablı qələbə qazanaraq, kuboka sahib olub.

Tura “Bayıl Arena”da keçiriləcək “Sumqayıt” – “Zirə” matçı ilə yekun vurulacaq. Bu görüş qonaqların hazırkı baş məşqçisi Samir Abasovun keçmiş komandasına qarşı oyunu kimi əlamətdar olacaq. Yeni postda hər 3 görüşündən məğlub ayrılan gənc mütəxəssis bugünkü qarşılaşmanı tribunadan izləməli olacaq. Səbəb Abasovun ötən tur “Neftçi”nin baş məşqçisi Roberto Bordinlə mübahisə etdiyi üçün 1 oyunluq cəzalanmasıdır. “Zirə”ni meydana onun köməkçisi Seymur Rəhimov çıxaracaq.

18:00 “Qəbələ” – “Keşlə” 1-1

Qol: Amil Yunanov, 4; Stiven Monroz, 79

Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Abas Hüseynov

Qəbələ şəhər stadionu

20:00 “Sumqayıt” – “Zirə” 1-0

Qol: Atilla Yıldırım, 16

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

“Bayıl Arena”

Son yazılar

Yuxarı