“Qəbələ” “Keşlə” ilə heç-heçə etdi
Milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründə Bakıda hazırlıq keçən “Qəbələ” yoxlama oyunu keçirib.
“Qırmızı-qaralar” “Keşlə” ilə görüşdə qüvvəsini sınayıb. Görüş “Bakı” FK-nın təlim-məşq bazasında keçirilib.
Baş məşqçi Roman Qriqorçuk milli komandaların düşərgələrində olan futbolçuların iştirak etmədiyi matçda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, İlqar Qurbanov, Voislav Stankoviç, Vitali Vernidub, Təmkin Xəlilzadə, Dion Malone, Cavid Hüseynov, Filip Ozobiç, Stiven Monroz, Baqali Dabo, Famussa Kone.
Xatırladaq ki, “qırmızı-qaralar” hazırlıq çərçivəsində martın 21-də keçirilən yoxlama oyununda Region Liqasında çıxış edən “Tufan”a 15:0 hesabı ilə qalib gəlib.
