"Qəbələ" 4 futbolçudan məhrum oldu.
Premyer Liqanın XIII turu çərçivəsində noyabrın 19-u doğma divarlar arasında “Kəpəz”lə üz-üzə gələcək “Qəbələ” gündəlik iki məşqlə hazırlıqlarını davam etdirir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 8-də start verilən təlim-məşq prosesinə milli komandalara dəvət almış Aleksandr Çertoqanov, Anar Nəzirov (hər ikisi Azərbaycan yığması), Ürfan Abbasov (Azərbaycan U-21 yığması) və Deyan Kelhar (Sloveniya yığması) qatılmayıb.
