Qəbələdə heç-heçə, “Zirə”dən qələbə
22.10.2022 , 20:17

Azərbaycan Premyer Liqasında XI turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
Günün ilk matçı Qəbələdə olub. “Qəbələ” burada “Kəpəz”i sınağa çəkib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Digər oyun Sumqayıtda baş tutub. “Sumqayıt” “Zirə”ni üəbul edib və 0:2 hesabı ilə uduzub.
Azərbaycan Premyer Liqası
XI tur
22 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Kəpəz” – 1:1
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu
18:30. “Sumqayıt” – “Zirə” – 0:2
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
“Kapital Bank Arena”
