Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ"nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı ikinci rəqibin adı müəyyənləşib.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir, komanda iyulun 17-i Serbiya təmsilçisi "İndiya" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, İndiya şəhərini təmsil edən klubun əsası 1933-cü ildə qoyulub. Komanda Serbiya Birinci Liqasında mübarizə aparır.
