2016-2017 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” Bakıdakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçını keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” “Bakı” ilə görüşüb.
Qarşılaşma paytaxtın eyniadlı təmsilçisinin bazasının stadionunda keçirilib. “Qəbələ” oyunun iki hissəsini fərqli heyətlə keçirib. Matç 1:1 hesabı ilə nəticələnib.
“Qəbələ” növbəti yoxlama oyununu sabah keçirəcək. Roman Qriqorçukun komandası U-19 Liqasında çıxış edən futbolçulardan ibarət yığma ilə üz-üzə gələcək. “Bakı”nın bazasında keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
