“Qəbələ” ilk oyunda heç-heçə etdi
04.10.2023 , 18:53

Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Macarıstanın “Puşkaş Akademiya” komandası ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən görüş bərabərliklə baş çatıb – 1:1.
“Qəbələ”nin qolunu 8-ci dəqidədə Şahin Şahniyarov vurub.
Komandalar arasındakı cavab oyunu oktyabrın 25-də Macarıstanda olacaq.
UEFA Gənclər Liqası
I tur
Qəbələ – Puşkaş Akademiya 1:1
Qollar: Şahin Şahniyarov, 8 – Adam Umatum, 36
