2014-2015 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən “Qəbələ” bu gün növbəti məşqinə çıxıb.
Korner.az-ın məlumatına görə, “qırmızı-qaralar” səhər məşqində bəzi futbolçular iştirak etməyib.
Klubun rəsmi “Facebook” səhifəsindən verilən məlumata görə, qəbələlilərin 2 legioneri – Dodo və Pavol Farkaş zədə səbəbindən hazırlıq prosesində iştirak etməyib.
