“Qəbələ” iki futbolçunu göndərdi
13.06.2023 , 21:30

“Qəbələ” iki futbolçu ilə yollarını ayırıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijakın müqaviləsi başa çatıb.
Hər iki futbolçu 2022-ci ilin yayından “Qəbələ”də çıxış edirdi. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner 7 oyun keçirib.
Qeyd edək ki, “Qəbələ” buna qədər Məqsəd İsayev və Ramon Maçado ilə də yolları ayırmışdı.
