"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovun istefa verdiyi haqda məlumat vermişdik.
Korner.az-ın əldə etdiyi məlumata görə, əyalət klubu iki yerli mütəxəssislə danışıqlar aparır.
Hazırda komandanın əvəzedici heyətinin baş məşqçisi Luis Araqona tapşırılması müvəqqətidi və yaxın günlərdə yeni baş məşqçinin adı məlum olacaq. Əldə etdiyimiz məlumata görə, əyalət təmsilçisi Ağasəlim Mircavadov və Şahin Diniyevlə danışıqlar aparır.
