“Qəbələ” iki afrikalı futbolçunu sınayacaq.
Korner.az-ın məlumatına görə, ötən ay bölgə klubunun seleksiyaçı-məşqçiləiinin səfər etdiyi Qanada bəyəndiyi iki futbolçu Türkiyə toplanışına qatılacaq.
Onlar Qana Premyer Liqasında çıxış edən “İnter Allies”də çıxış edən Patrik Kpozo və Prosper Kassimdi. Sol cinah müdafiəçisi olan Kpozonun 16, mərkəz yarımmüdafiəçisi Kassimin isə 18 yaşı var.
Qeyd edək ki, bu futbolçular yanvarın 5-də “Qəbələ” ilə birgə təlim-məşq toplanışında olacaq. Hər 2 gənc futbolçu ilə müqavilə bağlansa belə, onlar böyük ehtimalla əsas komandada çıxış etməyəcəklər. Çünki bu transferlər “Qəbələ”nin gələcəyinə hesablanıb.
Fanat.az
