“Qəbələ” I divizion klubuna qalib gəldi
12.01.2019 , 14:11

Mövsümün ikinci yarısına hazırlaşan “Qəbələ” 2019-cu ildə ilk oyununu keçirib. Sənan Qurbanovun yetirmələri I divizion təmsilçisi “Qaradağ Lökbatan”ı sınağa çəkib.
Yoxlama görüşü Biləcəri Futbol Mərkəzində baş tutub. Premyer Liqa klubu matçın ilk yarısında hesabı açıb.
20-ci dəqiqədə Rauf Əliyev fərqlənib. Fasilədən sonra “qırmızı-qaraıar” fərqi artırıb. Sabien Lilay I divizion təmsilçisinin qapısına yol tapıb.
Yoxlama oyunu
12 yanvar
“Qəbələ” – “Qaradağ Lökbatan” – 2:0
Rauf Əliyev, 20, Sabien Lilay, 62
