Topaz Premyer Liqasının VI turu çərçivəsində səfərdə “Azal”ilə qarşılaşacaq “Qəbələ” məşqlərini yekunlaşdırmaq üzrədir.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ” sabah səhər saatlarında Bakıya yola düşəcək. “Qəbələ” oyundan əvvəl son məşqinə sabah saat 18:00-da AZAL-ın ev oyunlarını keçirdiyi Şüvəlan qəsəbə stadionunda çıxacaq.
Qeyd edək ki, “Azal” – “Qəbələ” oyunu 15 sentyabr saat 18:00-da start götürəcək.
