“Qəbələ” hazırlığını necə keçirəcək?
11.07.2024 , 14:12

“Qəbələ”nin 2024-2025-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” məşqlərə iyulun 25-də Qəbələdə başlayacaq.
Seleksiya xarakterli hazırlıq prosesi bir həftə davam edəcək. Ardınca komanda təlim-məşq toplanışına start verəcək. Qəbələ şəhər stadionunda gerçəkləşəcək hazırlıq prosesində yoxlama oyunlarının keçirilməsi planlaşdırılıb. Bu görüşlərdəki rəqiblər və matçların tarixi barədə ictimaiyyətə məlumat veriləcək.
