“Qəbələ” Topaz Premyer Liqasının XXV turunda keçirəcəyi “Neftçi” ilə oyuna hazırlaşır.
Korner.az-ın məlumatına görə, Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesinə zədəsi olan qvineyalı Umar Kalaban, braziliyalılar – Dieqo Koşta, Rafael Santos və milli komandaların heyətində yer alan Kamran Ağayev, Elnur Allahverdiyev, Anar Nəzirov (hər üçü əsas yığma), Ürfan Abbasov və Ruslan Tağızadə (hər ikisi U-21) qatılmayıb.
Qeyd edək ki, martın 9-da baş tutacaq “Qəbələ”-“Neftçi” oyunu saat 13:00-da başlaycaq və “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
