“Qəbələ” hazırlığı davam etdirir
18.07.2022 , 11:20

Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.
Korner.az xəbər verir ki, “qırmızı-qaralar” Boluda təşkil olunan hazırlıq prosesinin 14-cü gününü bir məşqlə yekunlaşdırıb.
Komanda günün ikinci yarısında hazırlıq keçib. Baş məşqçi Elmar Baxşıyevin yetirmələri toplu və topsuz çalışmaları icra edib. Hazırlıq ikitərəfli oyunla başa çatıb.
